vendredi 21 août 2009

Uyğur şəhidlərinin 40-ı mərasimi aksiyası /Stokholm



Uyğur şəhidlərinin 40-ı mərasimi aksiyası /Stokholm

20.VIII.2009. /GAK

Uyğuristanda (Şinyanq Uyğur Avtonom Rayonu) yerli uyğur türklərinə qarşı çin polisinin qətliamında şəhid olmuş uyğur-soydaşlarımızın 40-ı mərasimi və şəhidlərin xatirəsini yad edib Çin Hökümətini məhkum etmək üçün Stokholmda yaşayan uyğur, (Quzey və Güney) Azərbaycan və Türkiyə türkləri və Stokholmlular tərəfindən, cümə günü 20 avqust 2009 tarixində saat 14.00-dan 18-dək mərkəzi meydan olan Sergels Torg’da etiraz aksiyası keçirildi. Aksiyada, uyğur icmaları ilə yanaşı, İsveç parlamentinin deputatı Mehmet Kaplan, Güney Azərbaycan Konqresinin birinci məsulu Abdulla Əmir Haşimi (Cavanşir), Sosialist Ədalət Partiyasından Per-Oke Vesterlund, “İslam Toplumu Milli Görüş”ün İsveç nümayəndəliyinin sədri Yavuz Selim Çelik, Türk İşçi Dərnəkləri Federasiyasından Mustafa Sönməz, İsveç-Uyğur Komitəsinin sədri Mahinur Həsənova, AzadTribun saytının məsulu Babək Azəri, “Ərk” dərnəyindən Səttar Sevigin, “Bütöv Azərbaycan” dərnəyindən Teymur Eminbəyli, “Haray” dərnəyindən Bəhmən Nəbizadə və digər azərbaycanlılar iştirak etmişlər.



Çıxış edənlər, Çin hökümətinin, uyğur türklərinə qarşı apardığı assimilasiya siyəsətini qəti pislədilər və uyğurlara qarşı tətbiq olunan qeyri-insani və şiddətli siyasətə dünya ictimaiyyatının biganə qalmamasını tələb etdilər. Mitinq iştirakçıları, "Qatil Çin!", "Uyğur!", "Hardadır ədalət? Haradadır insan haqları?", "Faşist Çin!", "Haradadır Avropa Birliyi? Haradadır Birləşmiş Millətlər Təşkilatı?", "Uyğur xalqı, ana-dilinə qadağa qoyulması ilə barışmayacaq!”, “Biz ancaq öz fundamental insani və milli haqlarımızı istəyirik!” və s şüarları izdihamla hayqıdılar.


Güney Azərbaycan Konqresi tərəfindən çıxış edən soydaşımız, Güney Azərbaycanlıların indiki vəziyyəti ilə uyğur xalqının durumunu müqayisə edərək, dünyada gedən hər cürə irqçilik siyasətini istərsə İran, istərsə Çində, məhkum edilməsini tələb etdi.

Mitinqin sonunda, şəhidlərin ruhuna fatihə oxunaraq, uyğurları dəstəkləyən təşkilatlara, mitinq təşkilatçıları tərəfindən təşəkkür edildi.

Aksiyadan, GAK tərəfindən hazılanmış şəkillər və AzadTribun.Net tərəfindən hazırlanmış video fraqment bu keçiddə təqdim olunur:
http://guneyazerbaycankonqresi.com/x35.html


Ayda AMIR HASHIMI Responsible for International Relations
Congress of South Azerbaijan, http://www.guneyazerbaycankonqresi.com/

Aucun commentaire: